22.5 C
Gence
22.5 C
Gence

Gəncədə minə yaxın sakin qripə qarşı vaksin vurdurub

Gəncədə sakinlər qripə qarşı vaksinasiya olunurlar. Bu haqda 25 yanvar tarixində Gancapost.info-ya istinadən məlumat veririk.

1 aydan artıq davam edən proses Məmməd Xələfov küçəsində yerləşən Kəpəz Ailə Sağlamlıq Mərkəzində aparılır. Burada minə yaxın sakinə Fransanın “Vaksiqrip tetra” adlı peyvəndi vurulub. Vaksin qrip ştammını öldürməklə bərabər orqanizmdə immunitet yaradır.

Aksiyada 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciət edən şəxslər elektron qeydiyyata alındıqdan sonra peyvənd olunurlar.

Qeyd edək ki, Gəncədə indiyədək 996 nəfər qrip əleyhinə vaksin vurdurub.

 

Ən Çox Oxunan