13 C
Gence
8.5 C
Ganja

Gəncədə memarlıq haqda kitabın təqdimat mərasimi keçirilib

18 oktyabr tarixində Gəncə memarlığı ilə bağlı kitab təqdim olunub. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat verib.

“Gəncə memarlıq salnaməsi (XII-XIX əsrlər)” kitabının təqdimatı Gəncə şəhərində keçirilib. Tədbirdə əsərin müəllifi memarlıq üzrə elmlər doktoru, professor Rayihə Əmənzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə şəhər bölməsinin sədri, akademik Fuad Əliyev, “Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova və  ziyalılar iştirak ediblər.

Mərasim şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb. Daha sonra çıxış edən Niyazi Bayramov yeni kitabın Gəncənin memarlıq tarixinin öyrənilməsinin, şəhərin tarixi nüfuzunun daha da artıracağını deyib. Əsərin müəllifi Rayihə Əmənzadə iştirakçılara kitab haqda məlumat verib. O bildirib ki, kitab memarlıqla maraqlananlar üçün nəzərdə tutulsa da, geniş oxucuların da diqqətini çəkəcək.

Ən Çox Oxunan