17.7 C
Gence
17.7 C
Gence

Gəncədə “Maliyyə savadlılığı” dərsləri keçirilir

Gəncə məktəblərində “Maliyyə savadlılığı” dərsləri tədris edilir. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Dərslər Molla Pənah Vaqif adına 8 nömrəli və Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəblərdə keçirilir. Məşğələlər aşağıda göstərilən mövzularda aparılır:

  • Büdcə;
  • Büdcə planlaşdırılması;
  • Vergi;
  • Bank;
  • Bank xidmətləri;
  • İnternet bankçılıq;
  • Kredit;
  • Qiymətli kağızlar;
  • Sığorta və s.

Şagirdlər dərslər zamanı liderlik, yaradıcılıq, komanda qurmaq, səmərəlilik, qeyri-müəyyənlik şəraitində çətin qərarlar qəbul etmək bacarığı və digər səriştələrə yiyələnirlər.

 

Ən Çox Oxunan