22.5 C
Gence
22.5 C
Gence

Gəncədə əməyin təhlükəsizliyi barədə təlim baş tutub

Gəncədə 1 dekabr tarixində əməyin təhlükəsizliyi və texniki təhlükəsizliklə bağlı təlim keçirilib. Bu haqda Azərbaycan Texnologiya Universiteti məlumat paylaşıb.

Təlim təhsil müəssisəsinin texniki işçiləri üçün təşkil olunub. Burada “PASHA Holding”in Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə mütəxəssisi Elmir Rzayev çıxış edib. Təlimdə iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması üçün lazım olan texniki və nəzəri biliklər, beynəlxalq standartlar haqda məlumat verilib.

Həmçinin elektriklər və qazanxana işçilərinə iş zamanı əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi üsulları, fərdi mühafizə vasitələrindən istifadə, yanğın təhlükəsizliyi, fövqəladə hallar zamanı təxliyə qaydaları barəbə bəhs edilib.

Azərbaycan Texnologiya Universitetinin rəsmi Facebook səhifəsindən foto
Azərbaycan Texnologiya Universitetinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan