Gəncədə “Layihələrin yazılması və icra edilməsi” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumat iyunun 16-sı sosial şəbəkələrdə paylaşılıb.
Məşğələ Gəncə Gənclər Evi tərəfindən təşkil edilib və orada baş tutacaq. Təlim iyunun 23-ü və 24-ü saat 09:30-dan 13:00-dək davam edəcək. Dərslər Gəncə Gənclər Evinin metodisti və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Hüseynxan Hacızadə tərəfindən keçiriləcək.
Öncədən qeydiyyatdan keçmək vacibdir. Bunun üçün bu link-dən keçid etmək lazımdır.
Gəncə Gənclər Evi 28 May küçəsi, 34 ünvanında, Heydər Əliyev Parkında yerləşir. Ətraflı məlumat üçün (022) 264 01 53 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.