Xocalı, Xankəndi və Kəlbəcər rayonlarının Gəncədə məskunlaşan şagirdləri “Təhsil avtobusu – Qayıdış” layihəsində iştirak ediblər. Bu haqda Gencexeber.az 28 oktyabr tarixində “Xəzər” televiziyasına istinadən məlumat verir.
Şagirdlər üçün incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər təşkil olunub. Onlar “Nə? Harada? Nə zaman?” intellektual yarışında iştirak ediblər.
Qeyd edək ki, “Təhsil avtobusu – Qayıdış” Oğuz rayonuna səfər edəcək.