19.1 C
Gence
19.1 C
Gence

Gəncədə müəllimlik üzrə vakansiya mövcuddur

Gəncədə məktəblərdə vakansiya yaranıb. Bu haqda Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Gəncədə fəaliyyyət göstərən məktəblərdə rus bölməsi üzrə riyaziyyat, rus dili və ədəbiyyatı, azərbaycan dili və ədəbiyyatı, fizika, kimiya, coğrafiya, alman dili, fiziki tərbiyə, texnologiya və təsviri incəsənət fənnləri üzrə boş yerlər mövcuddur.

Bu vakansiyalar üzrə məktəbdə rus bölməsi üzrə çalışan və dərs yükü 20 saatdan az olan müəllimlər müraciət edə bilərlər. Namizədlər diaqnostik bal göstəricisi və dərs yükünü təsdiq edən arayışı Gəncə şəhər Təhsil İdarəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, son müraciət tarixi 12 oktyabr saat 18:00-dır.

Ən Çox Oxunan