Gəncədə pandemiyanın təhsil prosesinə təsirini minimallaşdırmaq üçün təhsil işçiləri arasında vaksinasiya davam edir. Bu haqda 5 mart tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Peyvəndlənmə prosesi vaksinasiya məntəqələri ilə yanaşı məktəblərdə də səyyar olaraq fəaliyyət göstərir. Gəncədə orta təhsil müəssisələrində 5 minə yaxın təhsil işçisindən 3390 nəfər üçüncü (buster) doza üzrə vaksinasiyadan keçib. Bu, peyvənd olunan müəllimlərin 68 faizini təşkil edir.
Hazırda şəhərdə 1 müəllim və 3 şagird aktiv koronavirus xəstəsi olduğu üçün müalicələrini ev şəraitində davam etdirirlər.