19 C
Gence
19 C
Gence

Gəncədə müəllimlər üçün onlayn görüş keçiriləcək

Gəncədə 8 dekabr tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində görüş keçiriləcək. Bu haqda Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Tədbirdə layihələrin yazılması və icra edilməsi haqda danışılacaq. Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları, tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin müvəqqəti icraçısı, baş məsləhətçi Vüsalə Əliyevanın iştirak edəcəyi görüş saat 16:00-da Zoom onlayn platforması üzərindən təşkil olunacaq.

İştirak etmək istəyən müəllimlər ad, soyad və çalışdığı ümumtəhsil məktəbi haqqında məlumatı GŞTİ-nin rəsmi Facebook səhifəsinin ismarıc bölməsinə göndərməlidirlər. Görüşün linki məlumat göndərmiş şəxslərə göndəriləcək.

Ən Çox Oxunan