25.8 C
Gence
25.8 C
Gence

Gəncədə məktəblilərlə kitab xülasəsi keçirilib

Gəncədə məktəblilərin iştirakı ilə kitab xülasəsi baş tutub. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi 1 dekabr tarixində məlumat paylaşıb.

Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində baş tutub. Etik və estetik tərbiyənin təbliği məqsədi ilə “Məktəblinin etik-estetik aləmi”, “Məktəbdə əxlaq və davranış qaydaları”, “Ailə və cəmiyyətdə əxlaq və davranış qaydaları”, “Ədalətli hərəkət edirəm”, “Düzünü deyirəm” və s. kitabların xülasəsi keçirilib. Görüşdə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 3-cü sinif şagirdləri iştirak ediblər.

Şöbənin müdiri Ellada Rəhimova kitabları xülasə edərək bildirib ki, hər bir kitabda uşaqların əxlaqi tərbiyəsindən bəhs edən və onları düşündürən maraqlı hekayələr toplanıb.

Ən Çox Oxunan