24.1 C
Gence
24.1 C
Gence

Gəncədə məktəblilər üçün narkomaniya ilə bağlı tədbir keçirilib

Gəncədə 27 yanvar tarixində narkomaniya ilə bağlı tədbir keçirilib. Bu haqda Gəncə şəhər 30 nömrəli tam orta məktəb məlumat paylaşıb.

“Narkomaniyaya yox deyək” adlı tədbirdə 10 və 11-ci sinif şagirdləri iştirak ediblər. Kəpəz rayon Polis İdarəsinin rəisi Nəvai Qasımov, rəis müavini Cabbar Məmmədov və digər polis əməkdaşları məktəblilərlə görüşüblər. Qonaqlar şagirdlərin suallarını cavablandırıblar. Sonda mövzu üzrə hazırlanmış videoçarx izlənilib.

 

Ən Çox Oxunan