26.4 C
Gence
26.4 C
Gence

Gəncədə məktəblilər İlham Əliyevin yubileyi ilə bağlı tədbirdə iştirak ediblər

Gəncədə 23 dekabr tarixində İlham Əliyevin yubileyi münasibətilə tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Şəhər 29 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Heydər Əliyev mərkəzində İlham Əliyevin Gəncə şəhərinə müxtəlif vaxtlarda səfərlərinə həsr olunmuş fotostendlə tanış olublar. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova iştirakçılara prezidentin həyatı və fəaliyyəti haqqında məlumat verib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova Ali Baş Komandanın tarixi qələbədəki böyük rolundan danışıb.

Daha sonra iştirakçılar “Qalib sərkərdə” adlı videoçarx izləyiblər.

Ən Çox Oxunan