20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə məktəbdə vətənpərvər ruhda tədbir keçirilib

Gəncədə 31 oktyabr tarixində Zəfər günü münasibəti ilə tədbir keçirilib. Bu haqda Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Tədbir Mirzə Abbas Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə baş tutub. Mərasimdə şəhidlərimizin, həmçinin sinfin adını daşıdığı şəhid İlqar Kazımovun qəhrəmanlıqları ilə bağlı kompozisiya, döyüş səhnələri, Vətənə və ordumuza həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.