Gəncədə məktəblərdən birində şəhidlərin xatirəsi anılıb. Bu haqda Gencexeber.az 4 noyabr tarixində “Kəpəz” televiziyasına istinadən məlumat verir.
Tədbir Məhəmməd Hüseyn Şəhriyar adına 40 nömrəli tam orta məktəbdə keçirilib. Mərasimdə məktəbin şəhid məzunları haqda danışılıb. Burada onların xatirəsinə guşə yaradılıb. Tədbirdə şəhid ailələri, qazilər, təhsil idarəsinin işçiləri və məktəb kollektivi iştirak edib.
Şagirdlər kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.