25.8 C
Gence
25.8 C
Gence

Gəncədə “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetində 1 dekabr tarixində maarifləndirici tədbir keçirilib. Bu haqda universitet məlumat paylaşıb.

Videokonfrans “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda keçirilib. Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açıb. O, insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Qeyd olunub ki, tədbirin məqsədi gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurla və şərtlərlə tanış etməkdir.

Daha sonra Sosial fənlər kafedrasının müdiri Asim Məmmədov “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizədə dövlət – cəmiyyət əməkdaşlığının əhəmiyyəti”, müəllimlər Ramin Əliyev “Məişət zorakılığı və İnsan alverinə qarşı hüquqi müstəvidə mübarizənin əhəmiyyəti”, Yeganə Əhmədova “Məişət zorakılığı ailə institutuna yönələn əsas təhlükələrdən biridir”, Gülnar Rəhimova “İnsan alverinə qarşı mübarizə – ümumbəşəri problem kimi”, Fizika kafedrasının baş müəllimi Südabə Məmmədova “Gender əsaslı zorakılıqla mübarizədə QHT-lərin rolu”, Rus dili kafedrasının dosenti Kübra Ələkbərova isə “Gender əsaslı zorakılıq: onun qarşısının alınması” mövzularında danışıblar.

Ən Çox Oxunan