24.1 C
Gence
24.1 C
Gence

Gəncədə müharibədən əziyyət çəkmiş uşaqlara dəstək məqsədi ilə proqramlar təşkil olunacaq

Gəncədə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı layihəyə start veriləcək. Bu haqda Gencexeber.az 12 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Layihə Azərbaycan Kapoeyra Federasiyasının (AKF) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə keçirilir. Əsas məqsəd müharibədən əziyyət çəkmiş uşaq və gənclərin, həmçinin şəhid övladlarının kapoeyra idman növü vasitəsi ilə psixoloji və fiziki durumlarını inkişaf etdirməkdir.

Layihə üç ay davam edəcək. Bu müddətdə federasiyanın peşəkar məşqçi heyəti, psixoloqlar və sosial işçilər fəaliyyət göstərəcəklər.

Ən Çox Oxunan