Gəncədə Nəriman Nərimanov prospektində yerləşən Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin yeni binasının tikinti işləri gedir.
Müxbirimizin verdiyi məlumata görə, yeni məktəb 4 binadan ibarət olacaq. Məktəbin dekabrda istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, öncəki bina sovet hakimiyyəti illərində tikilmişdir.