25.8 C
Gence
25.8 C
Gence

Gəncədə mübahisələrin məhkəmədənkənar həlli üçün fəaliyyət göstəriləcək

Gəncədə yanvarın 15-dən 1 saylı Mediasiya Təşkilatının fəaliyyətə başlaması gözlənilir. Bu haqda Gencexeber.az-a yanvarın 12-si məlumat daxil olub.

Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Qurum Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçib.

“Mediasiya Şurasına üzvlük üçün müraciət etmiş 1 saylı Gəncə Mediasiya Təşkilatında monitorinq aparılacaq”, – bunu, e-huquq.az-a açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

Təşkilatın yerləşdiyi ofis, mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şərait yoxlanılacaq. Nəticələr Mediasiya Şurasının İdarə Heyətinə təqdim ediləcək. Daha sonra, heç bir nöqsan aşkar edilməsə, qurumun fəaliyyətə başlanması üzrə işlər görüləcək.

Ən Çox Oxunan