25.8 C
Gence
25.8 C
Gence

Gəncədə loqopedia haqqında ətraflı məlumat veriləcək

Gəncədə “Nitq pozğunluğunun yaranma səbəbləri nədir?” adlı təlim baş tutacaq. Bu haqda məlumat Gencexeber.az-a fevralın 16-sı daxil olub.

Təlim Fərəh ictimai birliyində fevralın 21-i saat 15:00-da baş tutacaq. Orada loqopedia haqqında ətraflı məlumat veriləcək.

Ödənişsiz olan təlimə qeydiyyat mütləqdir. Bunun üçün (050) 428 82 57 nömrəsi ilə əlaqə saxlamaq kifəyətdir. Birlik Xəlilbəy Xasməmmədov, 15A ünvanında yerləşir.

Qeyd edək ki, Fərəh ictimai birliyi xeyriyyə məqsədi ilə fəaliyyət göstərir. Orada rəsm, dizayn, kompüter, şahmat, xarici dil kursları mövcuddur. Eyni zamanda birliyin psixoloq və loqopedi fiziki məhdudiyyətli insanlara yardım göstərirlər.

Ən Çox Oxunan