25.5 C
Gence
17.5 C
Ganja

Gəncədə lisey və gimnaziyalara qəbul imtahanları keçirilir

Ölkədə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib. Bu haqda məlumatı iyunun 17-si Report-a istinadən veririk.

İmtahanlar bu gündən başlanılıb və 18, 19 və 20 iyun tarixlərində davam edəcək. 4-8-ci sinif şagirdləri arasında keçirilən imtahanlar Gəncə ilə yanaşı Bakı, Şirvan və Şəki şəhərləri, Quba, Şəmkir, Oğuz, Biləsuvar, Şamaxı, Ağdaş və Ağstafa rayonlarında da təşkil olunur. Ümumilikdə 20 minə yaxın şagirdin imtahanlarda iştirakı gözlənilir.

Şagirdlər imtahan nəticələrini şəxsi kabinetləri vasitəsilə öyrənə biləcəklər.