19 C
Gence
19 C
Gence

Gəncədə İlham Əliyevin doğum günü münasibətilə aksiya keçirilib

Gəncədə 24 dekabr tarixində ağacəkmə aksiyası keçirilib. Bu haqda Gəncə Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.

Aksiya İlham Əliyevin 60 illik yubileyi münasibətilə təşkil olunub. Burada Tələbə Gənclər Təşkilatlarının, YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyinin, ASAN könüllülərinin və digər gənclər təşkilatlarından 80-ə yaxın şəxs iştirak edib. Gənclər Heydər Əliyev Park-Kompleksin ərazisində şam və kiparis ağacları əkiblər.

Ən Çox Oxunan