21.4 C
Gence
21.4 C
Gence

Gəncədə layihələrin yazılması və icra edilməsi ilə bağlı görüş təşkil olunub

Gəncədə təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində layihələrin yazılması və icra edilməsi ilə bağlı görüş keçirilib. Bu haqda Gəncə şəhər Təhsil idarəsinin Facebook səhifəsində dekabrın 9-u məlumat yerləşdirilib.

Görüşdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə yanaşı bir çox təhsil işçisi iştirak edib. Görüşdə sözügedən mövzu ilə bağlı ətraflı məlumat verilib.

Müsabiqədə müəyyənləşdirilmiş kateqoriyalar, müsabiqəyə təqdim olunan layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) hazırlanma qaydası və digər məsələlər barədə ətraflı məlumat verilib və görüş iştirakçılarının sualları cavablandırılıb.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan