Gəncədə Latviyanın “Melo – M” qrupunun konserti baş tutub. Bu haqda Gencexeber.az-a 25 noyabr tarixində məlumat daxil olub.
Latviyalı musiqiçilər Gəncə Dövlət Filarmoniyasında çıxış ediblər. Konsert proqramı 24 noyabr saat 19:00-da başlayıb.
Tədbir Azərbaycanda qeyd olunan “Nizami Gəncəvi İli” və Latviyanın müstəqilliyinin 100 illiyi münasibəti ilə təşkil olunub. Proqram çərçivəsində ifa olunan “Sarı gəlin” kompozisiyası izləyicilər tərəfindən xüsusilə xoş qarşılanmışdır.