Gəncədə “əlaçı əmək veteranı”nın qayğıları ilə maraqlanılıb. Bu haqda 27 mart tarixində xəbər veririk.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Novruz bayramı ərəfəsində daha bir əmək veteranı, 73 yaşlı Hümbətova Raya Ağakişi qızının evində olublar. Əmək veteranı R.Hümbətova 1950-ci ildə Gəncədə anadan olub. O, 1973-cü ildə Gəncə Xalçaçılıq Kombinatında işə başlayıb. Orada çalışdığı 30 il ərzində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirib.
Qeyd edək ki, əmək veteranımıza Sosial Xidmətlər Agentliyinin sosial xidmət işçiləri tərəfindən evində sosial xidmət göstərilir.
Xidmətin əməkdaşları əmək veteranının tövsiyələrinə, məsləhətlərinə görə təşəkkür ediblər.
