24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Ələmdar Quluzadənin 70 illik yubileyi qeyd olunub

Gəncədə Ələmdar Quluzadənin yubileyi münasibətilə tədbir keçirilib. Bu haqda 7 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Ürəyimdə vətən eşqi görərsən” başlığı altında təşkil olunan tədbir 15 saylı kitabxana filialında baş tutub. Burada 16 nömrəli tam orta məktəbin 7c sinif şagirdləri iştirak ediblər. Kitabxanaçı Sulaxbin-Elçi Aygün onlara şair Ələmdar Quluzadənin həyat və yaradıcılığı haqda danışıb.

Daha sonra şagirdlər “Azərbaycan dili”, “Uşaq şairləri uşaq kimidir”, “Vətən bayrağı”, “Vətən eşqi”, “Gəlin uşaqlara oxşayaq”, “Qarabağ himni” və s. şeirlərini səsləndiriblər.

Ən Çox Oxunan