22.5 C
Gence
22.5 C
Gence

Gəncədə “Kiçik-kiçik sandıqlar, içi dolu fındıqlar” adlı tədbir keçirilib

Gəncədə 11 yanvar tarixində uşaqlar üçün tapmaca saatı keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Kiçik-kiçik sandıqlar, içi dolu fındıqlar” adlı tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində təşkil olunub. Kitabxanaçı Aytən Əliyeva iştirakçılara bu ədəbiyyat nümunəsinin yaranma tarixini danışıb. Sonra uşaqlara müxtəlif mövzularda tapmacalar təqdim olunub. İştirakçılar onları həvəs və maraqla cavablandırıblar.

Sonda ən fəal uşaqlara hədiyyələr təqdim olunub.

Ən Çox Oxunan