24.8 C
Gence
24.8 C
Gence

Gəncədəki “çaynik” evin təmirdən sonra ancaq adı qalacaq

Gəncənin Yeni İrəvan qəsəbəsi, Aqil Məmmədov küçəsində yerləşən “çaynik” evdə təmir işləri aparılır. Bu haqda 20 avqust tarixində Gencexeber.az-ın müxbiri məlumat verib.

Təmir zamanı evin bir hissəsi tamamilə dəyişib, çaydanlar sökülüb.

Müxbirimizin aldığı məlumata görə, mülk yiyəsi təmirin səbəbini evə baxmağın çətin olmasıyla izah edib. O, çaydanların yoldan keçənlər tərəfindən daşla tez-tez qırıldığını bildirib. Bu səbəbdən onlar tamamilə söküləcək.

Qeyd edək ki, 1998-ci ildə evin sahibi dəyişmişdir.

Ev 1970-80-ci illərdə Əli adlı bir şəxs tərəfindən tikilib. O, Çini qablar zavodunda çalışırmış və orada satılmayan qabları istifadə edirdi. Tikiliş zamanı 5000 ədəd dəm çaydanı istifadə olunmuşdur.

Ən Çox Oxunan