19.1 C
Gence
19.1 C
Gence

Gəncədə keçirilən aksiya zamanı uşaqlara hədiyyələr verilib

Gəncənin Heydər Əliyev adına park-kompleksində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya baş tutub. Birinci sinif şagirdlərinə təşkilatçılar tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.

Tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə gerçəkləşdirilib.

Aksiyada iştirak edən Gəncə şəhər İcra Hakimi Niyazi Bayramov ilk dəfə məktəbə qədəm qoyan şagirdləri də təbrik edib, yeni tədris ilində hər birinə müvəffəqiyyətlər arzulayıb. Millət vəkili Mixayil Zabelin də təbriklərə qatılıb. O bildirib ki, uşaqların vətənə və cəmiyyətə layiqli övlad kimi böyüyəcəyinə əmindir və aksiya çərçivəsində Gəncəyə səfərindən çox məmnundur.

Qeyd edək ki, aksiya cari ilin 13 sentyabr tarixinədək ölkənin digər bölgələrində davam edəcək.

Ən Çox Oxunan