Gəncədə kanalizasiya xətti partlayıb. Bu haqda Gencexeber.az-ın müxbiri 3 sentyabr tarixində xəbər verib.
Hadisə Zərifə Əliyeva küçəsində baş verib. Əldə etdiyimiz məlumata əsasən, çirkab sular küçə boyunca axdığından, kəskin qoxu uzaq məsafədən hiss olunub.
Sakinlərin sözlərinə görə, bu vəziyyət bir neçə dəfə təkrarlanıb.
Bir müddət öncə, Gəncənin 28 may küçəsində su borusu partlamışdır.

