24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Kamera Orkestrinin konserti olacaq

Gəncədə 19 fevral tarixində konsert baş tutacaq. Bu haqda Gəncə Dövlət Filarmoniyası məlumat paylaşıb.

Tədbirdə Kamera Orkestri çıxış edəcək. Konsert saat 18:00-da başlayacaq. Burada Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunacaq. Solistlər Sevinc İbrahimova, Kamalə Tağızadə, Mehparə Cəfərova, Elmir Pişnamazzadə və Vasif Bayramovdur.

Qeyd edək ki, biletləri Filarmoniyanın kassasından əldə etmək olar.

Ən Çox Oxunan