12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə körpələr evində tədbir keçirilib

Gəncədə 5 noyabr tarixində körpələr evində Zəfər günü münasibəti ilə tədbir keçirilib. Bu haqda Gəncə Dövlət universiteti məlumat paylaşıb.

Bayram tədbiri universitetin nəzdindəki 2 nömrəli körpələr evi uşaq bağçasında baş tutub.

Mərasimdə yüksək elmi dünyagörüşə, hərtərəfli hazırlığa, vətənimizə, xalqımıza, öz soykökümüzə, millətinə, dilinə, elminə bağlı vətəndaşların hazırlanmasına böyük ehtiyac olduğunu qeyd ediblər. Bu sahədə müəllimlərin, tərbiyəçilərin üzərinə daha çox yük, məsuliyyət düşdüyü bildirilib.

Uşaq bağçasının şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

Ən Çox Oxunan