19.1 C
Gence
19.1 C
Gence

Gəncədə küçə palçıq içində olduğundan sakinlərin hərəkəti çətinləşib

Gəncənin Nigar Rəfibəyli küçəsində yaranmış vəziyyət səbəbindən, sakinlərin gediş-gəlişini çətinləşib.

Küçə dəmir yolu vağzalının yaxınlığında yerləşir. Su borusundan axan su, küçə boyu gölməçələr yaradıb. Qəza baş verməmişdən öncə yolun bir çox hissəsində çöküntülər olub. Hal-hazırda isə xəndəklər torpağa qarışmış, və su ilə dolub. Bu vəziyyət sakinlərin narazılığına səbəb olub.

“Küçədəki su borusu rusun vaxtından qalıb. Qəzalar baş verən zaman, idarədən gəlib yamaq vurulur, amma boru çürük vəziyyətdədir. Bir həftə öncə, küçədə işıqlandırma işləri üçün texnika cəlb olunmuşdur. Aidiyyatı qurumların əməkdaşları traktorla küçəni qazıb. Yol palçıq olduğundan, burada hərəkət etmək mümkün deyil,” – deyə sakinlərin biri bildirib.

Əldə etdiyimiz məlumata əsasən, aidiyyatı qurumun əməkdaşlarının apardıqları işlər zamanı su borusu bir neçə yerdən deşilib. Sakinlər tərəfindən aidiyyatı qurumun qaynar xəttinə məlumat verilib.

Qeyd edək ki, 42 nömrəli məktəbə gedən yol buradan keçir.

Ən Çox Oxunan