24.1 C
Gence
24.1 C
Gence

Gəncədə könüllülər şəhid Rauf Əsgərovun ailəsini ziyarət ediblər

Gəncədə könüllülər şəhid ailəsinə baş çəkiblər. Bu haqda Gəncə ASAN könüllüləri 30 noyabr tarixində məlumat paylaşıb.

Ziyarət “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində baş tutub. Könülllülər şəhid Rauf Əsgərovun ailə üzvləri ilə görüşüblər. Ziyarət zamanı şəhidin ailəsinə onun portreti hədiyyə olunub. Həmçinin Rauf Əsgərovun ailə üzvləri “Əsgərə Məktub” yazaraq ürək sözlərini ünvanlayıblar.

Qeyd edək ki, Rauf Əsgərov Vətən müharibəsi zamanı 28 oktyabr tarixində Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Gəncə ASAN könüllüləri rəsmi Facebook səhifəsindən foto
Gəncə ASAN könüllüləri rəsmi Facebook səhifəsindən foto
Gəncə ASAN könüllüləri rəsmi Facebook səhifəsindən foto
Gəncə ASAN könüllüləri rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan