23 C
Gence
23 C
Gence

Gəncədə küçələrin işıqlandırılması üzrə işlər davam edir

Gəncənin bəzi küçələrində işıqlandırma sisteminin quraşdırılması işləri gedir.

Şəhərin Bayan və Həmidə xanım Məmmədquluzadə küçələrində işıqlandırılma sistemi yenidən qurulur. İşçilər küçələrin bir çox hissəsində elektrik naqilləri yerin altına basdırıblar. Orada yeni işıq dirəkləri quraşdırılacaq.

Qeyd edək ki, Bayan küçəsində yolların asfalt örtüyü yoxdur, kanalizasiya quyularının ağzı açıqdır. Sakinlər təhlükəsizlik üçün avtomobil təkərləri qoyublar. Onların sözlərinə görə yağmurlu havada küçə palçıq olur, hətta taksi belə bura gəlmir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan