14.3 C
Gence
14.3 C
Gence

Gəncədə küçələrin birində piyadalar üçün təhlükə

Gəncədə küçələrin birində piyadalar üçün təhlükəli şərait yaranıb. Bu haqda Gencexeber.az-ın oxucuları 9 sentyabr tarixində məlumat verib.

Şəhərin Vaqif, sakinlər arasında Keçəllər adlanan küçəsində küçə alveri ilə məşğul olan şəxslər piyadalar və avtomobillər üçün maneə törədirlər. Belə ki, hər iki tərəfdəki səkilərdə müxtəlif mallar satılır.

Sakinlərin sözlərinə görə, piyadalar üçün keçməyə yer yoxdur, məcbur avtomobillərin keçdiyi hissədən hərəkət etməli olurlar. Bu vəziyyət onların həyatı üçün təhlükə yaradır. Hətta bir neçə dəfə burada maşınlar piyadanı vurub.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan