26.4 C
Gence
26.4 C
Gence

Gəncədə küçələrin birində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb

Gəncədə küçələrin birində su borusu təmir olunur. Bu haqda Gencexeber.az-ın müxbiri 9 noyabr tarixində məlumat verib.

Gülüstan qəsəbəsi Nəriman Nərimanov prospektinin bir hissəsində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Buna səbəb “Münasib” şadlıq sarayının qarşısında partlayan su borusunun təmir olunmasıdır.

Aldığımız məlumata əsasən, sürücülər alternativ yollardan istifadə edirlər. İşlərin nə vaxt bitəcəyi məlum deyil.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan