27.5 C
Gence
27.5 C
Gence

Gəncədə küçələrdən birində kanalizasiya suları axır

Gəncədə küçələrdən birində kanalizasiya quyusu daşıb. Bu haqda izləyicimiz məlumat verib.

Hadisə Poçt qəsəbəsi, Aydınbəyov küçəsində baş verib. Sakinlərin sözlərinə görə artıq 2 həftədən çoxdur ki, binanın qarşısından çirkab sular axır. Nəticədə binanın məhəlləsində gölməçələr yaranıb.

“Üfunət iyindən durmaq olmur. Uşaqlar həyətə düşə bilmirlər. Əsas da günün bəzi saatlarında kanalizasiya suları qaynayıb çıxır” – deyə sakinlər bildiriblər.

Daha öncə, 20 sentyabr tarixində Aida İmanquliyeva küçəsində axan çirkab sular haqda məlumat vermişdik.

Ən Çox Oxunan