Gəncənin Elbrus Allahverdiyev küçəsində bugün işıqlandırma işlərinə başlanılıb. Bu haqda Gencexeber.az-ın müxbiri 9 avqust tarixində xəbər verib.
Hal-hazırda şəhərin 3-cü mikrorayonunda Türk liseyinin yanında işıq dirəklərinin quraşdırılacağı yerlər betonlanır. İşləri Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları görürlər.
Əldə etdiyimiz məlumata əsasən, bugün səhər Azərişıq ASC-nin əməkdaşları elektrik naqillərini yerin altına basdırıblar. Beton quruyandan sonra, onlar dirəkləri quraşdıracaqlar.
Daha öncə, 1 sentyabr tarixində Cavadxan (Avtozavod) qəsəbəsində aparılan işıqlandırılma işləri haqqında xəbər vermişdik.