17.7 C
Gence
17.7 C
Gence

Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirilir

Gəncədə küçələrin işıqlandırılması layihəsinə start verilib. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat verib.

Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirilir.

Cavad xan (Avtozavod) və Məhsəti (Sevinc) qəsəbələrində, Gülüstan yaşayış massivində, Qarabağ, Xudadat bəy Rəfibəyli, Aşıq Ələsgər və digər küçələrdə aparılan işlər yekunlaşdırlır. Oktyabr ayından işıq dirəklərinin quraşdırılmasına başlanılacaq.

Layihəyə əsasən 400-dən çox küçədə 8000 işıq dirəyi quraşdırılacaq.

İşlər Bakı Abadlıq xidməti və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.

Ən Çox Oxunan