19 C
Gence
19 C
Gence

Gəncədə köhnə su borusu yenisi ilə əvəz olunur

Gəncədə Üzeyir Hacıbəyli və onunla kəsişmədə olan küçələrin sakinlərini içməli su ilə təmin etmək məqsədi ilə yeni xətt çəkilir. Bu haqda Gencexeber.az-ın müxbiri 1 sentyabr tarixində xəbər verib.

Əldə etdiyimiz məlumata əsasən, işlərə 31 avqust tarixindən başlanılıb. Yeni su təchizatı sistemi Üzeyir Hacıbəyli küçəsindən keçərək nisbətən kiçik olan Həzi Aslanov, Vidadi, Mirbəşir Qasımov, Zərdabi küçələrin sakinlərini də içməli su ilə təmin edəcək.

Qeyd edək ki, mövcut olan köhnə xəttdə tez-tez qəzalar baş verirdi. Aidiyyatı orqanın əməkdaşları borunun təmirə yararsız vəziyyətdə olmasını qeydə alıblar. Gələcəktə yeni qəzaların baş verməsi ehtimal olunmuşdur və su təchizatı sistemini bütövlükdə dəyişməli olduqlarına qərara gəlmişdirlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan