24.8 C
Gence
24.8 C
Gence

Gəncədə ixtisasartırma təlimləri keçirilib

Gəncədə məktəb psixoloqlarına təlim keçirilib. Bu haqda 15 fevral tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

İxtisasartırma təlimləri idarənin tabeliyində olan təhsil müəssisələrində çalışan psixoloqlar üçün təşkil olunub. Seminar “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri” mövzusunda baş tutub.

Qeyd edək ki, təlimlər Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun UNİCEF ilə əməkdaşlıq çərçivəsində Təhsil İnstitutu tərəfindən təşkil olunur.

Ən Çox Oxunan