27.5 C
Gence
27.5 C
Gence

Gəncədə iqtisadi təhsili olanlara şad xəbər

Gəncədə bankda vakansiya mövcuddur. Bank Respublika hesab üzrə mütəxəssis axtarışındadır.

Namizədlərdən ali iqtisadi təhsil, aidiyyəti sahədə iş təcrübəsi, əla səviyyədə Azərbaycan və yaxşı Rus dili bilikləri, Microsoft Office proqramlarında işləmə, məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə, müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurma, məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə, komandada işləmə, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma bacarıqları tələb olunur.

İş haqda məlumat:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən Çox Oxunan