24.8 C
Gence
24.8 C
Gence

Gəncədə iqlim dəyişikliklərinə adaptasiya layihəsi çərçivəsində tədbir baş tutub

Gəncədə 30 noyabr tarixində iqlim dəyişiklikləri ilə bağlı tədbir keçirilib. Bu haqda Azərbaycan Dövlət Aqrar Universiteti məlumat paylaşıb.

Tədbir Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən iqlim dəyişikliklərinə adaptasiya layihəsi çərçivəsində baş tutub. Burada ADAU-nin Elmi işlər üzrə prorektoru Azad İbrahimov, BMT İnkişaf Proqramının Ekoloji layihələr üzrə koordinatoru Çingiz Məmmədov, layihənin meneceri Zaur Əliyev, layihənin assistenti Cəvahir Muradova, professor-müəllim heyəti, tələbələr və ekspertlər iştirak ediblər.

Layihənin məqsədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycanın iqlim dəyişikliklərinə adaptasiya planının hazırlanmasına kömək göstərməkdir. Tədbirdə iqlim dəyişikliklərinin kənd təsərrüfatı və su sektoruna təsirləri barədə təqdimatlar edilib və mövzu ətrafında müzakirələr aparılıb.

Ən Çox Oxunan