24.1 C
Gence
24.1 C
Gence

Gəncədə insult keçirən xəstəyə kəllə sümüyü üçün süni implant yaradılıb

Gəncədə sümük implantı əməliyyatı baş tutub. Bu haqda Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ məlumat paylaşıb.

49 yaşlı Məntiq Quliyev bir müddət öncə beyin qansızması nəticəsində insult keçirib. Abbas Səhhət adına xəstəxananın neyrocərrahı Zaur Ramixanov xəstəni əməliyyat edib. Xəstənin həyati təhlükəsi aradan qaldırılıb. 8 ay sonra cərrah sümüyün bərpası əməliyyatını icra edib. Xüsusi maddədən sümük implantı yaradılıb. Həmin süni qapaq kəllə sümüyünə bərkidilib.

Hazırda xəstənin özünü yaxşı hiss etdiyi bildirilir.

Ən Çox Oxunan