21.4 C
Gence
21.4 C
Gence

Gəncədə insan hüquqları ilə bağlı tədbir keçirilib

Gəncədə Ümumdünya İnsan Hüquqlarının müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda 11 dekabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“İnsan, vətəndaş hüquq və azadlıqlarının qorunması vacibdir” adlı tədbir Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 16 nömrəli filialında təşkil olunub. Burada Tibb Kollecinin tələbələri iştirak ediblər. Kitabxanaçı Mirvari Cəfərova çıxışında insan hüquqlarının əsas konsepsiyası haqqında danışıb. Tələbələr bildiriblər ki, insan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan