23 C
Gence
23 C
Gence

Gəncədə inkluziv məktəbəqədər təhsil mərkəzi fəaliyyət göstərir

Gəncədə inkluziv uşaq bağçası fəaliyyət göstərir.

“Regional İnkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi və UNICEF-lə əməkdaşlıq edərək “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” pilot lahiyəsi çərçivəsində “Gəncə şəhərində və Ağcəbədi rayonunda icma əsaslı məktəbəqədər təlim mərkəzlərinin yaradılması” lahiyəsini həyata keçirir.

Gəncədə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazidə təlim mərkəzi təşkil olunmuşdur. Mərkəzdə sosial baxımdan həssas əhali qrupuna aid ailələrdən olan və fiziki məhdudiyyətləri olan 3-5 yaş aralığında uşaqlar həftədə 3 dəfə olmaqla saat 9:00-dan 17:00 kimi məktəbəqədər təhsil alırlar.

Qeydiyyatdan keçmək istəyənlər həftə içi 5 gün uşağın 2 ədəd 3×4 fotoşəklini, valideyinlərin şəxsiyyət vəsiqələrinin surətini, uşağın şəxsiyyət vəsiqəsinin yaxud doğum haqda şəhadətnaməsinin surətini və uşağın sağlamlığı haqda arayışı gətirərək mərkəzə yaxınlaşa bilərlər.

Ünvan: Atatürk prospekti 299 (1 nömrəli məktəbin yanı).

Qeyd edək ki, layihə 2020-ci ilin sentyabr ayında başlayıb və 2022-ci ilin dekabr ayına qədər davam edəcək.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan