Gəncədə ödənişsiz ingilis dili danışıq klubu baş tutacaq. Bu haqda Gəncə Maarif Evi İctimai Birliyi məlumat paylaşıb.
“Təhsilə Dəstək” layihəsi çərçivəsində 23 oktyabr 16:00-da aztəminatlı ailələrdən olan uşaqlar üçün ödənişsiz danışıq dərsi keçiriləcək. Dərsin mövzusu “Time”dır və moderator Leyla Babayevadır.
Qeyd edək ki, Gəncə Maarif Evi Mərkəzi kitabxananın yanında (keçmiş “Oksi Baby” mağazasının 3-cü mərtəbəsində (giriş arxa tərəfdəndir) yerləşir.