“GƏNCƏSƏNƏT” adlı sərgi-yarmarkası təşkil edilib. Bu haqda məlumat iyunun 4-ü Gencexeber.az-a daxil olub.
İncəsənət, sənətkarlıq və yaradıcılıq sərgisi Urban Mərkəzi və Mərkəzi Qalereyada (Filarmoniyanın yanında) baş tutub. Orada sərgilənən müxtəlif əl işləri satışa çıxarılıb.
Yarmarkanın keçirilməsində əsas məqsəd müxtəlif sənət növlərinin yaşadılması, inkişafı və yaradıcılıqla məşğul olan insanlara dəstək olmaq, həmçinin sakinlərdə sənətkarlıq və incəsənətə marağın artırılmasıdır.



