“GƏNCƏSƏNƏT” adlı sərgi-yarmarkası təşkil ediləcək. Bu haqda məlumat mayın 6-sı Gencexeber.az-a daxil olub.
İncəsənət, sənətkarlıq və yaradıcılıq sərgisi Urban Mərkəzi və Mərkəzi Qalereyada (Filarmoniyanın yanında) iyunun 4-dü keçiriləcək. Orada sərgilənən müxtəlif əl işləri satışa çıxarılacaq.
Yarmarkanın keçirilməsində əsas məqsəd müxtəlif sənət növlərinin yaşadılması, inkişafı və yaradıcılıqla məşğul olan insanlara dəstək olmaq, həmçinin sakinlərdə sənətkarlıq və incəsənətə marağın artırılmasıdır.