24.1 C
Gence
24.1 C
Gence

Gəncədə inşa edilən “Sosial ev”lərin satışına başlanılır

Gəncədə “Sosial ev”lərin satışına başlanılır. Bu haqda məlumat Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi səhifəsində yerləşdirilib.

Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksində ümumilikdə 188 mənzil satış üçün hazırlanıb. Proses cari ilin 23 dekabr saat 11:00-dan – 30 dekabr saat 11:00-dək davam edəcəkdir.

Gəncə Yaşayış Kompleksinin www.gence.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər www.mida.gov.azwww.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək əlavə məlumat ala bilərlər.

Ən Çox Oxunan